Quba sakinindən silah-sursat götürüldü

Quba sakinindən silah-sursat götürüldü
  14 May 2020    Oxunub:3572
Quba rayon sakinində sənədsiz ov tüfəngi və 10 ədəd patron aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini B.Qədimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və 10 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti