Polis intihar etmək istəyən şəxsi xilas etdi - VİDEO

Polis intihar etmək istəyən şəxsi xilas etdi -  VİDEO
  13 May 2020    Oxunub:4745
Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, 22 yaşlı Adil Allahverdiyev mayın 12-də saat 23 radələrində Ağstafa çayının Qazax rayonu ərazisindən keçən hissəsinin üzərindəki körpüdən özünü ataraq intihar etmək istəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq, A.Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.



Azvision.az


Teqlər: DİN   Polis   İntihar  





Xəbər lenti