Qazımız kəsiləcək

Qazımız kəsiləcək
  15 Mart 2013    Oxunub:1232
Bakının rayonlarında qaz fasilələrlə veriləcək.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 17-si saat 11:00-dan “Mədən” Qazpaylayıcı Stansiyasından qidalanan “Bakqaz” qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti