Azərbaycan həkimlərinə mahnı həsr edildi - VİDEO

Azərbaycan həkimlərinə mahnı həsr edildi -    VİDEO
  08 May 2020    Oxunub:17586
Səhnə adı SİVVA olan, bəstəkar-müğənni Sevinc Ağasıyeva bu dəfə həkimlər üçün oxuyub.
Azvision.az xəbər verir ki, sözləri Mirmehdi Seydizadəyə aid olan “Mehriban həkim” mahnısının musiqisi Sevinc Ağasıyevaya, aranjimanı Samir Şirinova aiddir.



“Mehriban həkim”mahnısına “İctimai Televiziya” tərəfindən maraqlı sujet xətti olan klip də çəkilib. Klipin rejissoru Vüsal Həmdullayevdir.

Bəllidir ki, koronavirusla mübarizədə həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin üzərinə böyük yük düşür. Elə buna görə də “Mehriban həkim” layihəsi öz işini məsuliyyətlə görən, vicdanlı həkimlərə həsr olunub.

Azvision.az


Teqlər: Hekim   Mahnı  





Xəbər lenti