“Qalatasaray”ın yeni ulduzu İstanbulda - VİDEO, FOTO

  07 Yanvar 2014    Oxunub : 529
“Qalatasaray”ın yeni ulduzu İstanbulda - VİDEO, FOTO
Türkiyənin “Qalatasaray” klubunun “Qarsshoper”dən transfer etmək üzrə olduğu İzzət Hayroviç İstanbula gəlib. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolsu “Qalatasaray” rəhbərliyi ilə son detalları müzakirə edəcək.

İstanbul klubunun bosniyalı futbolçu üçün “Qarsshoper”ə 3,5 milyon avro bonservis ödəyəcəyi bildirilir. 22 yaşlı oyunçu ilə 5 illik müqavilənin imzalanacağı gözlənilir. Bosniyalı futbolçu ildə 1,1 milyon avro qazanacaq.

İzzət Hayroviç 1991-ci ildə dünyaya gəlib. O, “Qarsshoper”lə 4 mövsümdə 90 oyuna çıxıb. Futbolçu bu oyunlarda 20 qol vurub və 13 qola asistentlik edib. İzzət Hayroviç ötən il Bosniya və Herseqovinya millisində debüt edib, oynadığı 4 oyunda 1 qol vurub.

Bu video Adobe Flash Playerın son sürümünü gerektirmektedir.

Adobe Flash Playerın son sürümünü indirin.

Foto


Teqlər: