`Qəbələ` özünə braziliyalı müdafiəçi götürdü

`Qəbələ` özünə braziliyalı müdafiəçi götürdü
  07 Yanvar 2014    Oxunub:1175
“Qəbələ” komandası braziliyalı müdafiəçi ilə ikiillik müqavilə imzalanıb
Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qəbələ” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, klubdan bildiriblər ki, ötən mövsüm Kiyevin “Arsenal” komandasında çıxış eən Rafael Santos bundan sonra karyerasını “Qəbələ”də davam etdirəcəkdir. Braziliyalı müdafiəçi ilə ikiillik müqavilə imzalanıb. İyirmi doqquz yaşlı futbolçu artıq “Qəbələ”nin Antalyadakı düşərgəsində məşqlərə başlayıb.
Karyerasına Braziliyanın “Ponte-Preta” klubunda başlayan R.Santos ölkəsində daha sonra “İnternasional” və “Atletiko Paranaense”nin şərəfini qorumuşdur. Sonuncu klubda olarkən Salvadorun “Vitoriya” və İtaliyanın “Bolonya” komandalarında icarə əsasında çıxış edib.


Teqlər:  





Xəbər lenti