Bakıda oğru iş başında yaxalandı

Bakıda oğru iş başında yaxalandı
  28 Aprel 2020    Oxunub:2442
Polis aptekdən oğurluq etmək istəyən şəxsi tutub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 27-də saat 5 radələrində Xətai rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, oradan oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti