Bakıda ana və azyaşlı qızını maşın vurub

Bakıda ana və azyaşlı qızını maşın vurub
  28 Aprel 2020    Oxunub:3154
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-a istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Kərimova Səbinə İslam qızı 8 yaşlı qızı ilə birgə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Yasamal   Qadın   Qız   Uşaq   Maşın   Xəstəxana  





Xəbər lenti