25 orta məktəb istilik sistemi ilə təchiz edildi

25 orta məktəb istilik sistemi ilə təchiz edildi
  06 Yanvar 2014    Oxunub:1212
Qəbələ rayonunun 25 orta məktəbi müasir istilik sistemi ilə təchiz edilib.
Qəbələ rayonunda 68 orta məktəb fəaliyyət göstərir ki, onlardan 25-i müasir qazanxana tipli istilik sistemi ilə təchiz olunub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Rayon təhsil şöbəsindən bildiriblər ki, istilik sistemlərindən 11-i təbii qazla, 11-i duru yanacaqla, 3-ü isə elektrik enerjisi ilə işləyir. Daha 43 məktəb isə yeni sobalar və lazımı qədər odunla təmin edilmişdir. Bundan əlavə, soyuq aylarda sinif otaqları qızdırılan zaman istiliyin saxlanması üçün bütün məktəblərdə qapı və pəncərələr təmir edilmişdir. Hazırda orta məktəblərin hamısında normal istilik var ki, bu da şagirdlərin dərsə davamiyyətinə müsbət təsir göstərir.

Xatırladaq ki, rayonun ümumtəhsil müəssisələrində yanğın və digər təbii hadisələrlə bağlı təhlükəsizliyin gücləndirilməsi məqsədilə profilaktik tədbirlər görülmüşdür. Məktəblərdəki su hovuzları qaydaya salınmış, təhsil müəssisələri yanğına qarşı lazımı avadanlıqlarla təmin olunub.


Teqlər:





Xəbər lenti