"Bandotdel" əməliyyat keçirdi, saxlanılan var

"Bandotdel" əməliyyat keçirdi,   saxlanılan var
  25 Aprel 2020    Oxunub:2689
Abşeron sakinində silah-sursat aşkarlanıb.
Bu barədə Azvision.az
-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Əməliyyat   Silah-Sursat  





Xəbər lenti