Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi
  05 Yanvar 2014    Oxunub:1380
Məşhur portuqaliyalı futbolçu Eysebio vəfat edib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçu ürək xəstəliyi səbəbindən dünyasını dəyişib.

Uzun müddət "Benfika" klubunda oynayan Eysebio Portuqaliya yığmasının tərkibində 1966-cı il dünya çempionatının bürünc medalını qazanıb. 11 dəfə Portuqaliya çempionu olan idmançı 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. 1962-cı ildə "Benfika" ilə Çempionlar Kubokunun qalibi olub. Portuqaliya yığmasının tərkibində keçirdiyi 64 oyunda 41 qol vurub.

Sürətli və texniki oyununa görə "Qara pantera" ləqəbi almış Eysebio iki dəfə "Qızıl buts" mükafatına layiq görülüb.

Məşhur futbolçunun yanvarın 25-də 72 yaşı tamam olacaqdı.


Teqlər:  





Xəbər lenti