Bakıda 2 min manatlıq velosiped oğurlanıb

Bakıda 2 min manatlıq velosiped oğurlanıb
  25 Aprel 2020    Oxunub:3240
Bakının Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped oğurlanıb.
Azvision.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Oğurluq  





Xəbər lenti