Əli bəy Hüseynzadənin qızı vəfat edib

   Əli bəy Hüseynzadənin qızı vəfat edib
  25 Aprel 2020    Oxunub:3808
Azərbaycanın tanınmış mütəfəkkiri, yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan İstanbulda vəfat edib.

Azvision.az xəbər verir ki, ötən il 100 yaşı tamam olan Feyzavər Alpsar vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirliquyu qəbristanlığında həyat yoldaşının yanında dəfn ediləcək.
O, uzun müddətdir ki, Alzaymer xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, F.Turan Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.

Azvision.az


Teqlər: ƏlibəyHüseynzadə  





Xəbər lenti