Bakıda avtobus "Mercedes"lə toqquşdu, ölən var

Bakıda avtobus "Mercedes"lə toqquşdu, ölən var
  24 Aprel 2020    Oxunub:1987
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, qəza Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1964-cü il təvəllüdlü Aydın Məmmədovun idarə etdiyi "Daevo" markalı avtobus hərəkətdə olarkən qarşı hərəkət zolağından gələn, 1966-cı il təvəllüdlü Nicat Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində N. Həsənov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti