Masallıda ağır qəza: 2 nəfər ölüb, yaralılar var

  Masallıda ağır qəza:  2 nəfər ölüb, yaralılar var
  23 Aprel 2020    Oxunub:5495
Aprelin 22-də saat 13 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakinləri Z.Qasımzadənin idarə etdiyi “KİA”, Ü.Əşrəfovun idarə etdiyi “Mercedes” və Qodman kənd sakini Kənan Hətəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində K.Hətəmov və sərnişini Ağan Alışov hadisə yerində ölüb, digər sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Masallı   Qəza  





Xəbər lenti