`Rəvan`ın yeni türk məşqçisi sabah gəlir

`Rəvan`ın yeni türk məşqçisi sabah gəlir
  04 Yanvar 2014    Oxunub:1167
Güvenç Kurtar "Rəvan" futbol klubunu çalışdıracaq.
"Rəvan" futbol klubunu çalışdıracaq türkiyəli məşqçi Güvenç Kurtar sabah Azərbaycana gələcək. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı məşqçi özü verib. O, klub rəhbərliyi ilə ön razılığın əldə edildiyini deyib. "Bir problem olmasa Azərbaycanda olacağam. İnşallah orada uğurlu olub, türk məşqçilərin önünü aça bilərik".

G.Kurtların sözlərinə görə, Azərbaycandan ona təklif "TRT 3" sayəsində gəlib. Belə ki, Azərbaycan klubunun nümayəndələri bu kanlda yayımlanan "Bire Bir" proqramını izləyiblər və onun danışığını bəyəniblər. "Hər halda mənim dediklərim orada böyük əks səda verib. Təssüf ki, Türkiyədə buna qulaq asan yoxdur".

Türk məşqçi Azərbaycanda uğur qazanmağı arzuladığını da gizlətməyib. "Mustafa Vural ilə Türkiyəni ən yaxşı şəkuildə təmsil edəcəyik".


Teqlər:





Xəbər lenti