Astara sakini qaçırdığı maşınla qəza törətdi

Astara sakini qaçırdığı maşınla qəza törətdi
  22 Aprel 2020    Oxunub:2758
Aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırmış və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti