Lənkəranda silsilə oğurluq edənlər saxlanıldı - FOTO

Lənkəranda silsilə oğurluq edənlər saxlanıldı -    FOTO
  18 Aprel 2020    Oxunub:3535
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğuluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon sakini N.İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə 1 032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif növ ətirlərin oğurlandığını bildirib.



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini Rahim İbadov şəxs müəyyən edilərək saxlanılıb. Eyni zamanda onun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3 410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub.



Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə dəyəri 2 470 manat olan televizor, digital aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb. Hər iki şəxsdən oğurladığı əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti