Aprel şəhidinin doğum günüdür

Aprel şəhidinin doğum günüdür
  17 Aprel 2020    Oxunub:2881
Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Rusif Ağayevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, şəhid Rusif Ağayev 1987-ci ilin aprelin 16-da Lənkəran şəhərində anadan olub.

O, orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə yollanıb. Ordu sıralarında könüllü qalmaq istəyən R.Ağayev gizir kimi xidmətini davam etdirib.

Hərbi qulluqçumuz 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Rusif Ağayev ailəli idi, iki övladı yadigar qalıb.

Azvision.az


Teqlər: Şəhid   Gizir   Ordu  





Xəbər lenti