Komitədən
Azvision.az -a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Şirvan" və "Xudafərin" gömrük postları, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu və Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.
Azvision.az