Sabirabadda ağacları kəsən şəxs cəzalandırıldı

Sabirabadda ağacları kəsən şəxs cəzalandırıldı
  14 Aprel 2020    Oxunub:2240
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonunun Kür çayının mühafizə zolağında ağac və kolların rayon sakini Zamin Xəlilov tərəfindən kəsildiyi, təbiətə 3 120 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.

Azvision.az


Teqlər: ETSN   Təbiət   Ziyan  





Xəbər lenti