Evdən 5 minlik qızıl oğurlayan şəxs tutuldu

Evdən 5 minlik qızıl oğurlayan şəxs tutuldu
  14 Aprel 2020    Oxunub:2623
Zaqatala Rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi, 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti