Şəmkirdə ağır qəza: 2 nəfər öldü

Şəmkirdə ağır qəza: 2 nəfər öldü
  14 Aprel 2020    Oxunub:2992
Şəmkir rayonunda “VAZ” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlunun meyitini və digər avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti