Tovuzda bir ailənin 5 üzvü zəhərlənib

Tovuzda bir ailənin 5 üzvü zəhərlənib
  13 Aprel 2020    Oxunub:2834
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı nümayəndəliyinin Məşədilər kəndində baş verib.

Belə ki, bir ailənin beş üzvü - 1957-ci il təvəllüdlü Əhmədova Xanım Sabir qızı, 1986-cı il təvəllüdlü Əhmədov Taleh Əli oğlu, 1995-ci il təvəllüdlü Cəfərova Aysel Cümşüd qızı, 2014-cü il təvəllüdlü Əhmədov İlkin Taleh oğlu və 2015-ci il təvəllüdlü Əhmədov Nihat Taleh oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, onlar dağdan yığıb yedikləri bitkidən zəhərləniblər. Hazırda vəziyyətləri qənaətbəxş hesab olunur.

Azvision.az


Teqlər: Tovuz   Zəhərlənmə  





Xəbər lenti