Xadimə işlədiyi evdən 6 milik qızıl oğurladı

  08 Aprel 2020    Oxunub : 1661
Xadimə işlədiyi evdən 6 milik qızıl oğurladı
Bakıda evdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-dən aprelin 1-dək olan müddətdə Əmircan qəsəbəsindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyeva saxlanılıb.

Azvision.az

Teqlər: DİN