FHN dezinfeksiya işlərini davam etdirir - VİDEO

FHN dezinfeksiya işlərini davam etdirir -   VİDEO
  07 Aprel 2020    Oxunub:3048
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir.
FHN-dən Azvision.az -a verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.



Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.







Azvision.az


Teqlər: FHN   Dezinfeksiya  





Xəbər lenti