Bakıda sərnişin avtobusu piyadanı vurub

  07 Aprel 2020    Oxunub : 1900
Bakıda sərnişin avtobusu piyadanı vurub
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.

Azvision.az

Teqlər: Polis   Qəza