Qaradağda yol qəzası: 2 nəfər öldü

Qaradağda yol qəzası: 2 nəfər öldü
  07 Aprel 2020    Oxunub:2822
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub.

Nəticədə sürücü və sərnişinlərindən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət almış digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti