Bugünkü valyuta hərracında tələb tam təmin edilib

  07 Aprel 2020    Oxunub : 1609
Bugünkü valyuta hərracında tələb tam təmin edilib
Aprelin 7-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a verilən məlumata görə, hərracda tələb 67,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Hərrac