Azərbaycanda gündəlik 200-250 min maskaya ehtiyac var

 Azərbaycanda gündəlik 200-250 min maskaya ehtiyac var
  07 Aprel 2020    Oxunub:2277
Apardığımız araşdırmalara əsasən, Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac yaranır.
Azvision.az xəbər verir ki, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən gün açılışı olan müəssisədə tələbata uyğun olaraq istehsalat qurulub: "Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xəttlərin qurulmasına qərar verilə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska  





Xəbər lenti