Bakıda oğurluğa cəhd edən şəxs tutuldu

Bakıda oğurluğa cəhd edən şəxs tutuldu
  07 Aprel 2020    Oxunub:1920
Bakıda oğurluğa cəhd edən şəxs kameralara düşüb.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, hadisə paytaxtın Babək prospektində yerləşən mağazalardan birində qeydə alınıb.

Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, 1998-ci il təvəllüdlü Elçin Qədirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti