Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3800 sakin cərimələndi

 Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3800 sakin cərimələndi
  06 Aprel 2020    Oxunub:3383
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

Azvision.az



Teqlər: DİN   Karantin  





Xəbər lenti