Şəkidə icazəsiz evdən çıxanlar müəyyən edilir - FOTOLAR

Şəkidə icazəsiz evdən çıxanlar müəyyən edilir -  FOTOLAR
  05 Aprel 2020    Oxunub:3087
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsininn əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır.



Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir. İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.







Azvision.az


Teqlər: Şəki   Karantin  





Xəbər lenti