Narkotacir iş başında tutuldu

Narkotacir iş başında tutuldu
  04 Aprel 2020    Oxunub:2486
Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, nəticədə Şahağacı kənd sakini Nəsirov Elşad 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.



Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixatrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti