Şumaxer həyat mücadiləsində - VİDEO

Şumaxer həyat mücadiləsində - VİDEO
  31 Dekabr 2013    Oxunub:1561
7 qat “Formula-1” çempionu olan Mixael Şumaxer əsl həyat mücadiləsi verir. AzVision.az “euronews”a istinadən xəbər verir ki, Qrenoblda əməliyyat keçirən çempionun vəziyyəti kritik olaraq qalır. Vəziyyətin kritik olduğunu nəzərə alaraq Şumaxerin müalicəsinə Parisdən Fransanın ən güclü neroxirurqu sayılan Jerar Sayon gətirilib.

Bu gün həkimləri onun vəziyyəti ilə bağlı mətbuat konfransı keçiriblər.

Həkinlərin sözlərinə görə, onun vəziyyəti ciddi və kritikdir. "Həyatı üçün savaşırıq. Amma bir şey demək və bundan sonra necə olacağını bildirmək üçün hələ çox erkəndir. Başında kaskası olmasa bu gün o aramızda olmazdı. Ailesi ilə daima əlaqədəyik. Yeni bir əməliyyata ehtiyac ola bilər" deyə Qrenobl xəstəxanasının baş həkimi Jan Mark Qrenye qeyd edir..

Buna baxmayaraq həkimlər daha detal açıqlamaqdan çəkiniblər. Onlar avtopilotun başının sağ tərəfində ciddi travma olduğunu deyiblər. Onlar, Şumaxerin orta yaşlı olmasının da yüksək şans olduğunu deyiblər. Çünki daha yaşlı olacağı təqdirdə o bu zərbəyə tab gətirə bilməzdi.

Xatırladaq ki, M.Şumazer ötən gün Fransada 14 yaşlı oğlu ilə xizək sürərkən qəzaya uğramışdı. Dərhal xəstəxanaya çatdırılan Şumaxer hazırda komadadır.






Teqlər:  





Xəbər lenti