Bir gündə 1476 sürücü və sərnişin cərimələndi

  03 Aprel 2020    Oxunub : 1956
 Bir gündə 1476 sürücü və sərnişin cərimələndi
Ötən gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Azvision.az

Teqlər: DYP   Cərimə