Hacıqabulda oğurluq edən şəxs tutuldu

Hacıqabulda oğurluq edən şəxs tutuldu
  02 Aprel 2020    Oxunub:1633
Hacıqabulda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hacıqabul şəhəri ərazisində “Mercedes” markalı avtomobildən 250 manat pul və qızıl qolbaq oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Zərbəliyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş N.Əliyevin isə ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən pul, suqızdırıcısı və məişət əşyaları, bir həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti