Biləsuvarda 4 otaqlı ev yanıb

  02 Aprel 2020    Oxunub : 929
Biləsuvarda 4 otaqlı ev yanıb
Biləsuvarda yanğın hadisəsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Çaylı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın