Polis aztəminatlı və çoxuşaqlı ailələrə yardım edib

  01 Aprel 2020    Oxunub : 1691
Polis aztəminatlı və çoxuşaqlı ailələrə yardım edib
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirməklə yanaşı həm də xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı nəcib aksiya keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin sakinlərə baş çəkib, onları sevindiriblər. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər.



Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Azvision.az

Teqlər: DİN