Hədə-qorxu ilə pul alan şəxs "iş" üstündə tutuldu

Hədə-qorxu ilə pul alan şəxs "iş" üstündə tutuldu
  31 Mart 2020    Oxunub:2518
Ağcabədidə cinayət törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti