Qusarda ağır qəza: Ölən və yaralılar var

Qusarda ağır qəza: Ölən və yaralılar var
  31 Mart 2020    Oxunub:3105
Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 30-da saat 18 radələrində Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ümid Talıbov orada ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Qusar   Qəza  





Xəbər lenti