Ağac kəsənin işi prokurorluğa göndərildi

  29 Mart 2020    Oxunub : 1818
Ağac kəsənin işi prokurorluğa göndərildi
Şəmkir rayonu, Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti Nazirliyin yerli qurumunun əməkdaşları yerində araşdırıb.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 tut ağacının kəsildiyi və təbiətə 4 500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Şəmkir rayonu, Qapanlı kənd sakini Ramiz Musayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilib.

Azvision.az

Teqlər: ETSN   Ağac