“Azərenerji” qabaqlayıcı tədbirlər görür

“Azərenerji” qabaqlayıcı tədbirlər görür
  28 Mart 2020    Oxunub:1635
24 saat fəaliyyət göstərən "Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
Bu barədə Azvision.az -a "Azərenerji” ASC-dən bildirilib.

Qeyd olunub ki, elektrik enerji sistemi həyat təminatlı mühüm əhəmiyyətli obyektlər kateqoriyasına aid olduğundan və bu spesifik sahə sayıldığından mütəxəssislərin, mühəndislərin, sistem operatorları və digər işçilərin səhhətinin qorunması olduqca vacibdir. Bu məqsədlə səhmdar cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və məlumatlandırma işlərinin gücləndirilməsi məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında ciddi maarifləndirmə işi aparılır.

Azvision.az


Teqlər: Azərenerji  





Xəbər lenti