Ölkədə koronavirusa görə 20 mindən artıq test aparılıb

  26 Mart 2020    Oxunub : 1382
 Ölkədə koronavirusa görə 20 mindən artıq test aparılıb
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.

Azvision.az

Teqlər: Virus