Sabirabad və Xaçmazda ev yanıb

Sabirabad və Xaçmazda ev yanıb
  26 Mart 2020    Oxunub:1759
Sabirabad rayonunun Kürkəndi kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli, 3 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xaçmaz rayonun Çaykənarı kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsi və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti