İçərişəhərdə dezinfeksiya tədbirləri davam etdirilir

İçərişəhərdə dezinfeksiya tədbirləri davam etdirilir
  25 Mart 2020    Oxunub:1513
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə acıq ərazidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azvision.az -a verilən məlumata görə, martın 25-də Bakı Şəhər İcra hakimiyyətinin paytaxtda son günlər ərzində aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə İdarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə analoji tədbirlərə başlanılıb. Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.

Mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daimi həyata keçiriləcəkdir.



Azvision.az


Teqlər: İçərişəhər  





Xəbər lenti