Bahalı üzük oğurlayan qadın saxlanıldı

Bahalı üzük oğurlayan qadın saxlanıldı
  25 Mart 2020    Oxunub:1984
Paytaxda bahalı üzük oğurlayan şəxs tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, martın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov 2018-ci ilin martın 10-da rayon ərazisində “Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti