Zaqatalada ev yanıb

  24 Mart 2020    Oxunub : 990
Zaqatalada ev yanıb
Zaqatala rayonunun Mamrux kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın