Bakıda narkotik alverçisi tutuldu

Bakıda narkotik alverçisi tutuldu
  24 Mart 2020    Oxunub:1791
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Pirallahı qəsəbə sakini E.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti