“Eurovision 2020”nin əvəzinə onlayn şou keçiriləcək

“Eurovision 2020”nin əvəzinə onlayn şou keçiriləcək
  23 Mart 2020    Oxunub:5113
Koronavirus pandemiyası səbəbindən ləğv edilən "Eurovision 2020" mahnı müsabiqəsinin əvəzinə Avropa Yayım Birliyi (EBU) onlayn şou keçirməyi planlaşdırır.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, bu barədə müsabiqənin “Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd olunub ki, söhbət yarış formasında olmayan alternativ proqramdan gedir. Belə ki, şounun məqsədi "Eurovision 2020" müsabiqəsi üçün seçilən müğənni və heyəti ictimaiyyətə təqdim etməkdir.

Azvision.az



Teqlər: Eurovision   Koronavirus  





Xəbər lenti